Stallonenin ikinci ağır itkisi...

Dünyaca məşhur aktyor, ssenarist və rejissor olan Silvestr Stallonenin həyatında 2012-ci il yəqin ki, ən ağır dövrlərdən biridir

Dünyaca məşhur aktyor, ssenarist və rejissor olan Silvestr Stallonenin həyatında 2012-ci il yəqin ki, ən ağır dövrlərdən biridir. Ötən ay o, böyük  oğlu Seyci itirdi. Bir neçə gün öncə isə bacısı  48 yaşlı Toni Enn Filiti xərçəngdən vəfat edib.
Stallonenin 90 yaşlı anası Cekki qızının son günlərini onun Santa Monikadakı evində birlikdə keçirdiklərini deyib: "Çox dəhşətli aydı. Əvvəlcə, Seyc, sonra Toni..."
Xatırladaq ki, öz evində ölü tapılan 36 yaşlı Seyc Stallonenin vəfat etmə səbəbi  hələ də elan olunmayıb.
Onun zorakılıq yolu ilə, yaxud da intiharla dünyasını dəyişdiyi barədə heç bir dəlil aşkarlanmayıb. Bu səbəbdən hesab edilir ki, "Rokki - 5" də atası ilə birlikdə çəkilən Seyc bədbəxt hadisə nəticəsində ölüb./faktxeber

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31