Mahnıları əzbər olan bəstəkar öldü VIDEO

Aralarında bəlkə sizin də əzbər bildiyiniz mahnılar olan 1000-ə yaxın mahnının sözlərinin müəllifi olan məşhur türk şairi Halit Çelikoğlu dünyasını dəyişib. O, yüksək qan təzyiqinə malikdi və beyninə qan sızaraq vəfat edib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Çelikoğlunun yazdığı mahnıları Zeki Mürendən tutmuş, Emel Sayına qədər ən məşhur türk müğənnilər oxumuşdular. 78 yaşlı Çelikoğlu iki gündən bəri İstanbulun Bahçelievlər səmtindəki özəl xəstəxananın reanimasiya şöbəsində idi.
1981-ci ildə İstanbul Ağır Cəza Məhkəməsinin baş katibi vəzifəsindən təqaüdə çıxmış Çelikoğlunun mahnılarını Zeki Müren, Ferdi Tayfur, Müslüm Gürses, Ceylan, Yıldırım Gürses, Emel Sayın və Selami Şahin kimi məşhur müğənnilər oxumuşdular.
Həmin mahnılar arasında "Gözlerin Doğuyor Gecelerime", "Sevgisiz Yaşayamam", "Senin Olmaya Geldim", "Eller Kadir Kıymet Bilmiyor Annem", "Bir Sevgi İstiyorum", "Gökyüzünde Duman Duman Bulutsun" və s. vardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31