Səidə Dadaşovanın əri:"Əgər o hamilə olsaydı, mən ondan DNT testi tələb edəcəkdim”.
Əri hamiləlik xəbəri yayılan azərbaycanlı müğənnidən şübhələndi
29 Avqust 2012 07:12 Mədəniyyət"Əgər o hamilə olsaydı, mən ondan DNT testi tələb edəcəkdim". Bunu müğənni Səidə Dadaşovanın həyat yoldaşı Səlcuq Gökgöz Merkez.az-a açıqlamasında söyləyib.Bir müddət öncə mətbuatda Səidə Dadaşovanın hamilə olduğu barədə informasiya yayılmışdı. Lakin sonradan həmin xəbərin yalan olduğu üzə çıxdı. Bu xəbərin yayıldığı zaman Türkiyədə olduğunu deyən müğənninin keçmiş həyat yoldaşı bunları əlavə etdi: "Bu xəbəri eşidəndə mən əslində inanmadım. Çünki 3 ay idi mən Türkiyədə idim. Yəni doğru olsaydı, mən mütləq DNT testi tələb edəcəkdim. Burda inamdan söhbət getmir. O da insandır. Ola bilərdi ki, mən olmadığım müddətdə həyatında kimsə olsun. Amma sonda bütün bunların yalan olduğu üzə çıxdı".
Artıq 5 aydır ki, ayrı olduqlarını deyən Səlcuq məhkəməyə də müraciət etdiyini bildirib. Ayrılmaqlarının əsas səbəbi isə Səidənin evə gecələr gəlməsi olub: "Müğənninin işi gecə saat 11-də. 12-də qutarır. Yəni, toylar, filan. Amma o, hər gecə evə gec gəlirdi. O, azadlığı sevən bir xanım idi. Mən də bunu qəbul etmədim".