Bakı Dövlət Sirki qapılarını oktyabr ayında açacaq

Hazırda yay tətilində  olan Bakı Dövlət Sikri yeni mövsümdən yeni, möhtəşəm proqramla tamaşaçıları sevindirəcək. Sirkin mətbuat хidmətinin rəhbəri Mahir Hümbətovun  "Olaylar"a verdiyi məlumata görə hələ ki, yeni  proqram üzərində iş gedir: "Hələ yeni proqram üçün müqavilə imzalanmayıb. İnşallah yəqin ki, oktyabr ayında yeni və fərqli sirk proqramımız olacaq. Təbii ki, hər zaman olduğu kimi bu dəfə də tamşaçılar fərqli sirk nömrələri izləyə biləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31