Elçin Qafarlı: “Azərbaycan mediası mədəniyyətlərarası dialoqun inkişafına daha çox önəm verir”

"Mədəniyyətlərarası dialoqun inkişafında media ilk addımlarını atır. Düşünürəm ki, bu sahə ilə bağlı hazırkı vəziyyət TÜRKSOY-a üzv ölkələrdə müxtəlif səviyyədədir. Azərbaycan isə mədəniyyət sahəsinə daha çox önəm verilir". Bunu deyən TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlının sözlərinə görə,  bu sahəyə Azərbaycanın dövlət başçısı və Heydər Əliyev Fondunun prezidentinin böyük dəstəyi var: "Azərbaycanda mədəniyyət sahəsi geniş dəstək alır və ona görə də ölkə mediası da bu sahəyə geniş yer ayırır. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və yayılmasında böyük işlər görür:" deyən Azərbaycan çalışır ki, bu sahə inkişaf etdirilsin. Amma iştirakçı dövlətlərin hər birində səviyyə eyni  deyil. Ona görə, TÜRKSOY-a üzv ölkələrdə də bu sahənin inkişafına diqqət yetirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31