Kriminal
16 yaşlı oğlan bacıları və babasının yanında anasını güllələndi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - YENİLƏNİB - VİDEO
Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb.
Maşın ana-balanı vurub
Dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub. DİN-in məlumatına görə, S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.
Nizami rayonunda kişi meyiti tapılıb
Dekabrın 17-də saat 10 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində zorakılıq əlamətləri görünən meyiti tapılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nizami RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi "KİA" markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.Nizami RPİ tərəfindən araşdırma aparılır.
“Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyini milli təhlükə nazirliyinə çevirmişdi”
Tanınmış hüquqşünas Əyyub KərimovModerator.az-a açıqlamasında sabiq MTN rəhbəri Eldar Magmudovla bağlı maraqlı fikirlər səsləndirib. E.Mahmudov dönəmində MTN-nin təhlükə mənbəyinə çevrildiyinə diqqət çəkən hüquqşünas, sabiq nazirin baş verən qanunsuzluqlardakı məsuliyyət məsələsinin araşdırılmasına ciddi ehtiyac duyulduğunu vurğuladı:
Rəşad Məmmədovun 1 milyonluq iddia ilə bağlı şikayəti rədd edildi
Dövlət Bayraq Meydanının sabiq rəisi, keçmiş məhbus Rəşad Məmmədovun Səbail Rayon Prokurorluğuna etdiyi müraciətlə bağlı qərar verilib.
9200 ədəd pirotexniki vasitələr aşkarlanıb
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Yuyucu tozun içərisindən mobil telefon aşkar edildi
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Moskvada fransızları zəhərləyən azərbaycanlılar tutuldular
Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib sonra isə soyan azərbaycanlıları saxlayıb. 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan RəsulovMoskvanın Balaşixa qəsəbəsində həbs ediliblər.
DƏHŞƏT: Oğul anasını başından vurdu - NAMUS ÜSTÜNDƏ
Bakıda elektrik sayğaclarını kim yandırır?
Mikroavtobus minik avtomobili ilə toqquşub, 2 nəfər xəsarət alıb
Xırdalanda dəyirmanı uçdu - Ölən var - YENİLƏNİB
Taleh Bağırovun məhkəməni pozmaq planı bəlli oldu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sonra davam etdirilib.
Ucar sakini özünü güllələyib
Dekabrın 15-də Ucar rayon sakini İlkin İbrahimov qırma yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib. DİN-dən verilən məlumata görə, o, izahatında Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ov edərkən ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən xəsarət almasını bildirib. Araşdırma aparılır.
Avtomobil oğrusu ələ keçib
Avtomobil qaçıran şəxs 4 aidan sonra yaxalanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də və avqustun 6-da Bakı şəhər sakinləri Rövşən Ələkbərova məxsus "VAZ-21011" və Vaqif Cavadova məxsus "VAZ-2107" markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Eltun Zeyniyev tutulub. Faktla bağlı araşdırma aparılır.














