Kriminal

Bərdə sakinindən narkotik vasitə götürülüb

16 Dekabr 2016 17:34

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərənə kəndi ərazisində yaşayan İlyas Gözəlovdan 9,15 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 50 qram marixuana aşkar edilərək götürülüb. 

Qanunsuz valyuta satışı ilə məşğul olan tutulub

16 Dekabr 2016 17:33

Dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılmışdır. DİN-dən verilən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qanunsuz ov edən cərimələnib

16 Dekabr 2016 17:32

Qanunsuz ovçuluqla məşğul olan Füzuli rayon sakini saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində qanunsuz ov etdiyi üçün rayon sakini Rauf Xudiyevdən "Baykal" markalı ov tüfəngi və çöl quşu götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Partlayıcı oyuncaq satanlar saxlanıb

16 Dekabr 2016 17:30

Bakıda partlayıcı oyuncaqların səyyar satışı ilə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumatta görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində səyyari ticarətlə məşğul olan Salman Qasımov və Azər Hacıyevdən ümumilikdə 15700 ədəd yüksəsk səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Şahid: "Tenderlər formal təşkil edilirdi" - “RABİTƏ İŞİ”

16 Dekabr 2016 13:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avtomobilin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub

16 Dekabr 2016 11:53

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda cibgir saxlanıb

15 Dekabr 2016 15:38