Mikroavtobus minik avtomobili ilə toqquşub, 2 nəfər xəsarət alıb

Bu gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən ərazisində qəza baş verib.

"Olaylar"  APA-ya istinadən xəbər verir ki, "Mercedes-Sprinter" markalı mikroavtobusla "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər - Şəmkir rayon Kür qəsəbə sakini 1985-ci il təvəllüdlü Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 1980-ci il təvəllüdlü Bayram Əlibabayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31