Külli miqdarda pirotexniki məmulat aşkarlanıb

Ölkəyə gətirilməsinə cəhd edilən 24 min ədəd pirotexniki məmulatlar aşkar olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərində 24.000 ədəd pirotexniki məmulatlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31