Kriminal
Astara sakinindən tapança götürülüb
Astara sakinində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Xudayət Cəfərovdan 1 ədəd kustar üsulla hazırlanmış tapança götürülüb. Hazırda tapançanın haradan əldə edilməsini müəyyən etmək istiqamətində iş aparılır.
Dollar satan Şamaxı sakini tutulub
Dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Şirvan sakinindən ov tüfəngi götürülüb
Şirvan sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus "VAZ-2121" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "Churchill" markalı ov tüfəngi və "GAMO" markalı tir tapançası aşkar edilərək götürülüb. Araşdırma aparılır.
522 ədəd mobil telefonun ölkəyə gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib. Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd ZHT, 110 ədəd Nokia, 23 ədəd H-mobile və 75 ədəd Duos markalı telefonlar, 250 ədəd adapter,140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Ağdaşda bərbərxana yanıb
Ağdaş rayonunda vətəndaşa məxsus bərbərxana yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 9 m2 olan bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər tutuldu
Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Nardaran hadisələrində təqsirləndirilən digər qrupun məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi başlayıb. Məlumata görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prokuror Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qızıl Məryəm”i öldürənlərin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.
Şahid: “MTN əməkdaşları Fİkrəti qara avtomobilə mindirdilər” - YENİLƏNİB-1
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasiləsən sonra davam etdirilib.
Bakıda aptekdən xeyli miqdarda pul oğurlanıb
Bakıda aptekdən xeyli miqdarda oğurluq edilib. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 50 ünvanında yerləşən aptekdə qeydə alınıb. Belə ki, naməlum şəxs aptekin qapısını sındıraraq içəri daxil olub və kassada olan 2 470 manat pulu oğurlayaraq ərazini tərk edib.
Xeyli miqdarda pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
2 nəfər tüstüdən zəhərlənib
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.














