Kriminal

İstirahət mərkəzində sevgilisini öldürən şəxsə 18 il HƏBS

21 Dekabr 2016 18:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

"Nardaran işi": Təqsirləndirilənlərin prosesdə iştirakı barədə vəsatət təmin edilməyib -YENİLƏNİB

21 Dekabr 2016 18:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zərərçəkmiş: “Akif Çovdarov məni hədələdi, ona 300 min manat verdim” - YENİLƏNİB

21 Dekabr 2016 17:55

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi günü ikinci yarısında davam etdirilib.

Vidadi Zeynalov: "Pullar Əli Abbasovun göstərişi ilə ayrılırdı" - YENİLƏNİB

21 Dekabr 2016 17:10

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

İran vətəndaşından psixotrop maddə götürülüb

21 Dekabr 2016 16:29

Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

Rusiya vətəndaşlarının üzərində 120 min ABŞ dolları aşkar olunub 

21 Dekabr 2016 16:10

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Üzərində 610 qram qızıl-zinət əşyaları aşkar edildi

21 Dekabr 2016 16:05

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyası istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, aparılmış şəxsi yoxlama zamanı onun üzərindən – əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Maşallah Əhmədovun xəstəliyi bilindi

21 Dekabr 2016 11:17

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum olub. M.Əhmədovun vəkili Samir Abdullayev açıqlamasında bildirib ki, veteran futbolçunun böyrəyində problem yarandığından o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

Bakıda dələduz qadın saxlanıb

20 Dekabr 2016 18:14

Bakı şəhər sakini 50 yaşlı Sultanxanım Tərhet qızı Əliyeva Solmaz adlı qadına qarşı dələduzluq etdiyi üçün Suraxanı Rayon Polis İdarəisnin əməliyyatçıları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılan Sultanxanım Əliyeva istintaqa ifadəsində Solmaz xanımdan təxminən 10 min manat dəyərində yataq dəsti götürdüyünü etriaf edib.

Ölkədən külli miqdarda qızıl çıxarılmasının qarşısı alınıb

20 Dekabr 2016 17:59

 Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Cahangir Hacıyev Ali Məhkəməyə şikayət etdi

20 Dekabr 2016 17:42

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Ali Məhkəməyə şikayət edib. Məlumata görə, bu barədə vəkil Aqil Layicov bildirib.

16 yaşlı azərbaycanlı Almaniyada dalbadal yeddi soyğun törətdi

20 Dekabr 2016 16:43

Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb.

“Mersedes” vuran kişi yerindəcə ölüb

20 Dekabr 2016 16:11

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 19-da saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüsal Yusifov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölmüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Tərtərdə qısqanclıq zəminində qətl törədilib

20 Dekabr 2016 16:10

 Tərtər rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirib. O, hadisə yerini tər edərək aradan çıxıb. Xəstəxanaya yerləşdirilmiş Q.Tanrıverdiyev orada ölüb. Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.