Kriminal
Həbsdə olan MTN generalları cinayət işinin materialları ilə tanış olublar
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova və daha bir neçə nəfər barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Biləsuvarda 3 otaqlı ev yanıb
Biləsuvar rayonunda vətəndaşa məxsus 3 otqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qadına zor tətbiq edərək pulunu alan saxlanıb
Dekabrın 21-də Biləsuvar şəhəri ərazisində naməlum şəxs rayon sakini Nəzakət İsgəndərovaya zor tətbiq edərək içərisində 90 manat pul olan çantasını alıb. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Ceyhun Dədəliyev tutulub.
Oğurluğun üstü 5 aydan sonra açıldı
Şəkidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini Göyərçin Mürşüdovaya məxsus mağazadan 120 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini Raqif Nöbərov tutulub. Ondan 1,176 qram tiryək də götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən də 190 manat pul və sənəd oğurlaması müəyyən edilib.
Kombi oğrusu tutulub
Abşeron rayon sakini Elçin Salmanovun evindən kombi aparatı, generator və inşaat materiallarıoğurlanıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Malik Məmmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Qadının bankomat kartını oğurlayaraq hesabdakı pulunu çıxarıb
Dekabrın 20-də Bakı şəhər sakini Gülnar Abbaszadənin çantasından 40 manat pulu, bankomat kartı oğurlanıb. Həmçinin kartdakı hesabından 200 manat pulu çıxarılıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini Alişan Qədirov tutulub.
Rusiya vətəndaşı Ağcabədidə qətl törətdi
Ağcabədi rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, dekabrın 21-də Ağcabədi rayonunun Xocavənd kəndində Rusiya Federasiyası vətəndaşı Şamxal Məmmədov münaqişə zəminində şəhər sakini Namiq Kərimova bıçaqla xəsarət yetirib. Ş.Məmmədov yaralını xəstəxanaya apardıqdan sonra könüllü RPŞ-yə gələrək istintaqa təslim olub. N.Kərimov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
DİN “Piter Elçin”in qardaşının qətli ilə bağlı məlumat yayıb
Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirilib. DİN-dən verilən məlumata görə, qətli törədən könüllü olaraq Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib. ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Sumqayıtda vaqon ev yanıb
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan vaqon tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tovuz sakinindən saxta əskinaz götürülüb
Dekabrın 18-də Tovuz rayon sakini Mehriban Quliyevaya 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən həmyerlisi Namiq Bayramov tutulub. DİN-dən verilən məlumata görə,Tovuz RPŞ əməkdaşları tərəfindən N.Bayramovun üzərinə baxış zamanı 2 ədəd 100 manatlıq saxta əskinas götürülüb.
Bıçaqla qətl törədən Tərtər sakini tutulub
Dekabrın 19-da Tərtər rayonunda rayon sakini Qaraxan Tanrıverdiyev qətlə yetirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Tanrıverdiyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Vüqar Hüseynov tutulub.
Yol qəzasında sürücünün qızı ölüb, özü xəstəxanalıq olub
Dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı avtomobilə vurub. DİN-dən verilən məlumata görə, nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Evdən pul və qızıl aparan tutulub
Dekabrın 17-də rayon sakini Dəyanət Həşimovun evindən pul və qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Vüsal Həşimli tutulub. Araşdırma aparılır.
Həmyerlisindən zorla pul alan ruhi xəstə saxlanıb
Dekabrın 20-də Salyan şəhər sakini Dadaş Dadaşova zor tətbiq etməklə 25 manat pulu alınıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə, əvvəllər məhkum olunmuş Ərəstun Qafarov tutulub.














