Kriminal
Rusiyada “Boyarışnik işi”nə görə 5 azərbaycanlı sahibkar saxlanılıb
İrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, “Boyarışnik” spirt tərkibli içkisinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-cı şəxs ev dustaqlığına məhkum edilib.
Rusiyada "Boyarışnik işi"nə görə 5 azərbaycanlı sahibkar saxlanılıb - YENİLƏNİB
İrkutsk şəhərinin Lenin rayon məhkəməsinin qərarına əsasən, "Boyarışnik" spirt tərkibli mayesinin saxta yolla hazırlanması və kütləvi zəhərlənmə faktları ilə bağlı 13 şübhəli şəxsdən 6-sı ev dustaqlığına məhkum edilib.
Axtarışda olan şəxs tutulub
Axtarışda olan Tərtər sakini həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Səxavət Orucov tutulub.
Həmkəndlisini bıçaqlayan saxlanıb
Tərtər rayonunda bıçaqlama hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 22-də İsmayılbəyli kəndi ərazisində kənd sakini Anar Bəylərova bıçaqla xəsarət yetirilib. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ona xuliqanlıq zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi Yediyar Səmədov tutulub.
Qətlin üstü 2 aydan sonra açıldı
Tərtərdə iki ay əvvəl qətl törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Səxavət Orucov tutulub.
Qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb
Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar.
Şahid: "Şirkətdə Milli Təhlükəsizlik Nazirliyinin avadanlıqları var idi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanın "qara siyahısı"na düşən Aseldarov kimdir? - YENİLƏNİB
Lent.az-ın Rusiya Federal Təhqiqatlar Xidmətinin rəsmi saytına (http://www.fsb.ru/fsb/press/message/single.htm%21id%3D10438044%40fsbMessage.html) istinadən məlumatına görə, terrorçu dekabrın 3-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən Dağıstanda həyata keçirilən anti-terror əməliyyatı zamanı öldürülüb.
Moskvada azərbaycanlı ata və oğul yandırılıb
Moskvada azərbaycanlı ata və oğul içki məclisində dostları tərəfindən yandırılıb. Məlumata görə, hadisə dekabrın 15-də baş verib. Azərbaycanlı 27 yaşlı oğul və 48 yaşlı ata , həmçinin 27 yaşlı yerli sakin dostları ilə içki məclisində olarkən aralarında mübahisə düşüb və həmin şəxs onların üstünə tez alışan maye tökərək hər üçünü yandırıb. Zərərçəkmişlər 50-60 faiz yanğın xəsarəti ilə xəstəxanaya çatdırılıblar. 48 yaşlı azərbaycanlı dekabrın 19-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cinayətkarın tutulması istiqamətində iş aparılır.
Göygöldə 49 yaşlı kişi özünü asıb
Azərbaycanlı avtoritetin cəzası endirildi
Bu gün Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Peterburqda 34 yaşlı azərbaycanlı güllələndi
Sankt-Peterburqda adı açıqlanmayan 34 yaşlı azərbaycanlı güllələnib. Həmyerlimiz dərhal xəstəxanaya çatdırılıb. O, əl və ayaq nahiyələrindən xəsarət alıb. Azərbaycanlı ona atəş açan şəxsi tanımadığını bildirib. Hadisə Anisimova küçəsində baş verib. Həmyerlimizin vəziyyətinin orta ağır olduğu bildirilir. Azvision.az
"Piter Elçin"'in qardaşının güllələnmə səbəbi məlum oldu - Peterburqdan Masallıyadək davam edən QAN DAVASI
Kriminal aləmdə ''Piter Elçin'' kimi tanınan Elçin İsmayılovun ötən gün Masallı rayonunda öldürülən qardaşı Fariz İsmayılovun güllələnməsinin ilkin motivi məlum oldu. Criminal.az saytının əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Lənkəran sakini Murad Quluzadənin həmin qardaşlarla üzün müddətdir davam edən qan davası olub.
Nardaran Ağsaqqallar Şurası sədrinin cinayət işi məhkəməyə göndərilir
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Külli miqdarda pirotexniki vasitələr aşkar olunub
3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilmiş, nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.














