Oğurluğun üstü 5 aydan sonra açıldı
Şəkidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini Göyərçin Mürşüdovaya məxsus mağazadan 120 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini Raqif Nöbərov tutulub. Ondan 1,176 qram tiryək də götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən də 190 manat pul və sənəd oğurlaması müəyyən edilib.
22 Dekabr 2016 14:03 KriminalŞəkidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini Göyərçin Mürşüdovaya məxsus mağazadan 120 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini Raqif Nöbərov tutulub. Ondan 1,176 qram tiryək də götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən də 190 manat pul və sənəd oğurlaması müəyyən edilib.