DƏHŞƏT: Oğul anasını başından vurdu - NAMUS ÜSTÜNDƏ

Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

M. Əliyev polisə könüllü təslim olub.

O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31