Özünü döydülər, 11 min manatını da aldılar

Sabunçu rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub. Şübhəli Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31