Uzun illər bağlı qalan 5 cinayətin üstü açılıb

Şənbə və bazar günləri ölkə ərazisində qeydə alınan 126, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  DİN-dən "Olaylar"a bildirilib ki,  avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 75 fakt müəyyən edilib. Axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən 108 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31