Bakıda yağışlı havada baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO

Bakıda dünən müşahidə edilən yağışlı hava şəraiti avtomobil qəzasına səbəb olub.

Olaylar.az xəbər verir ki, yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

İlkin məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara və digər nəqliyyat vasitəsinə çırpıb.

Həmin görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31