Məşhur aktyor VƏFAT ETDİ
Ötən aylarda əməliyyat olunan Türkiyənin məşhur aktyoru Ferhan Şensoy dünyasını dəyişib.
31 Avqust 2021 13:38 KriminalÖtən aylarda əməliyyat olunan Türkiyənin məşhur aktyoru Ferhan Şensoy dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, 70 yaşında vəfat edən Şensoy, bir müddət İstanbul Tibb Fakültəsində müalicə olunub.
Şensoyun yaratdığı Ortaoyuncular teatr qrupunun sosial media hesabındakı paylaşımında yazılıb: "Teatrımızın qurucusu, ustamız Ferhan Şensoyu itirdiyimiz üçün çox kədərlənirik. Uzun müddətdir müalicələr almasına baxmayaraq onu xilas etmək mümkün olmadı. Bütün pərəstişkarlarına başsağlığı veririk..."
Usta aktyorun qızı Derya Şensoy da "Twitter" hesabında "Çox, çox üzgünəm. Səni çox sevirəm, ata" paylaşımını edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31