Daha 9 koronavirus xəstəsi saxlanıldı -DİN
Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
31 Avqust 2021 10:43 KriminalAvqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb.İstintaq araşdırmaları davam etdirilir.