Piyadanı vurub qaçan SÜRÜCÜ SAXLANILIB
Mingəçevir ŞPŞ-yə avqustun 25-də saat 20 radələrində şəhər ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Murad Qəhrəmanlının vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.
27 Avqust 2021 14:15 KriminalMingəçevir ŞPŞ-yə avqustun 25-də saat 20 radələrində şəhər ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Murad Qəhrəmanlının vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "VAZ-2106" markalı avtomobillət törədilməsi müəyyən edilmişdir. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini R.Rüstəmli saxlanılmışdır.
Mingəçevir ŞPŞ-də araşdırma aparılır.