Paytaxtda evləri qarət edən ŞƏXSLƏR ƏLƏ KEÇİBLƏR
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Səfərov saxlanılmış, daha bir nəfər isə müəyyən edilmişdir
23 Avqust 2021 15:12 KriminalSabunçu rayonu ərazisində evləri qarət edən şəxslər saxlanıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları və spirtli içkilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Səfərov saxlanılmış, daha bir nəfər isə müəyyən edilmişdir. Şəxsi axtarış zamanı O.Səfərovdan heroin aşkar edilərək götürülmüşdür.