Peyvənd olundu- ÖLDÜ

Gürcüctanlı həkimlər, ölkədə xəstəliyə qarşı tam bir peyvənd kursu keçən bir xəstənin COVID-19-dan ilk ölümünü qeyd ediblər.

Gürcüctanlı həkimlər, ölkədə xəstəliyə qarşı tam bir peyvənd kursu keçən bir xəstənin COVID-19-dan ilk ölümünü qeyd ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekatirina Tikaradze məlumat verib.

Hazırda Gürcüstan vətəndaşları AstraZeneca, Pfizer, Sinopharm və Sinovac Biotech ilə peyvəndlənirlər.

Tikaradzenin sözlərinə görə, xəstənin ölüm faktı təəssüf doğursa da, çaxnaşmaya səbəb olmamalıdır. "Dünyada belə hallar var", - o, vurğulayıb.

Eyni zamanda, Tikaradze mərhumun peyvənd edildiyi peyvəndin adını çəkməkdən imtina edib.

Nazir məsələni "xəstənin şəxsi məlumatı" adlandırıb və müalicə olunmayan bir çox xroniki xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31