Narkotik alverilə məşğul olan ŞƏXS SAXLANILIB
Paytaxt Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a bilddirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədzadə Nəsimi rayonu ərazisində saxlanılmışdır.
23 Avqust 2021 14:30 KriminalPaytaxt Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bilddirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədzadə Nəsimi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 14,5 qrama yaxın heroin, 8 qramdan artıq metamfetamin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana baxış zamanı oradan 270 qram heroin, 360 qram marixuana, 240 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.