Yaşlı qadın 3 kişini əsir götürdü ÖLÜMLƏ HƏDƏLƏDİ
60 yaşlı qadın üç kişini köləlikdə saxlayıb - Hər kəsi heyrətə salan hadisə
21 Avqust 2021 10:50 KriminalUkraynada qeyri-adi hadisə qeydə alınıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, ölkənin polis xidmətindən verilən məlumata görə, Volınsk vilayətinin Verbayev kəndində 60 yaşlı quldar qadın aşkar olunub.
Onun öz təsərrüfatında üç kişini kölə kimi işlətdiyi müəyyənləşdirilib. Qadın kişilərin sənədlərini əllərindən alaraq, onları öldürəcəyi ilə hədələyib. Tövlədə yaşayan kişilərə gördükləri iş müqabilində yalnız yemək verilib.
Polisdən hər üç şəxsin köləlikdən azad edildiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31