Şabran sakini 250 kiloqram narkotik maddə ilə SAXLANILDI

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Novruz Dostəliyev saxlanılıb.

Şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda ümumi çəkisi 250 kiloqram yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri, 5 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan başqa həmin şəxsin yaşadığı evə baxış zamanı külli miqdarda kustar üsulla hazırlanmış marixuana aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31