“Bağça müdirəsi” dələduzluq etdi
Özünü Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdiri kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi barədə vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər.
17 Avqust 2021 16:02 KriminalÖzünü Xətai rayonu ərazisində yerləşən "Sincab" uşaq bağçasının müdiri kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi barədə vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər. Bu barədə "Olaylar"a Baş Prokurorluqdan məlumat verilib. Toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq, təkrar törədildikdə maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.