Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB
Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb
16 Avqust 2021 19:04 KriminalBakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.
FHN-dən verilən məlumata görə, ilkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31