İşçini döyüb QARƏt ETDİLƏR
İşçini döyərək pulunu aldılar
16 Avqust 2021 13:58 KriminalSabunçu rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinin işçisini döyərək oradan pul və mobil telefon aparmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsinə avqustun 14-də iki nəfərin rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb, oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparmaları barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılmışlar. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31