SON DƏQİQƏ! Azərbaycanda güclü YANĞIN BAŞLADI
Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində də yanğın hadisəsi baş verib
11 Avqust 2021 20:15 KriminalOğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində də yanğın hadisəsi baş verib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib.
O qeyd edib ki, bir qrup əməkdaş Oğuzdakı yanğının, digər qrup isə Qəbələdəki yanğının söndürülməsinə çalışır. Hazırda hər iki rayonda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Lakin küləyin güclü olması yanğınların söndürülməsinə çətinliklər yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31