Sumqayıtda dənizkənarı parkda asılmış vəziyyətdə kişi meyiti tapıldı

Sumqayıt şəhərində dənizkənarı parkda kişi meyiti tapılıb.

Sumqayıt şəhərində dənizkənarı parkda kişi meyiti tapılıb.

Hadisə şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında qeydə alınıb. Park ərazisində ağacdan asılı vəziyyətdə olan kişi meyiti aşkarlanıb. Hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında olan kişinin intihar etdiyi bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31