Bakı metrosunda qadın qatar yoluna düşdü

Bu gün saat 12:51-də Bakı Metropoliteni QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu gün saat 12:51-də Bakı Metropoliteni QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə Olaylar.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31