Axtarışda olan 44 nəfər BU PLANLA SAXLANILDI

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 27 cinayətin üstünü “isti izlər”lə açıblar.

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 27 cinayətin üstünü "isti izlər"lə açıblar.

Olaylar.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31