Bakıda qaz sayğaclarını oğurlayan şəxs tutuldu (VİDEO)
Bakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb
7 Avqust 2021 20:12 KriminalBakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bir neçə nəfər polisə məlumat verib ki, mənzillərinin qaz sayğacı naməlum şəraitdə oğurlanıb. 27-ci polis bölməsinin əməkdaşları əməliyyatla sayğacları oğurlamaqda şübhəli bilinən Fariz Abıyevi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməlini etiraf edir.
27-ci polis bölməsindən verilən məlumata görə, Fariz Abıyev 20-ə yaxın mənzilin sayğaclarını oğurlayıb və dəyərindən ucuz qiymətə satıb.
Faktla bağlı bölmədə araşdırma aparılır.
Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31