Bakıda ağır yol qəzası tıxaca səbəb olub
Hazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur
5 Avqust 2021 19:40 KriminalHazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sıxlıq Bakı Olimpiya Stadionu yaxınlığında "SOCAR" yanacaqdoldurma məntəqəsinə çatmamış ağır yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31