Cəlilabadda yük maşını aşıb, 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb
Cəlilabad rayonunda ağır yol qəzası baş verib
1 Avqust 2021 22:27 KriminalCəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə Zəhmətabad kəndində qeydə alınıb.
Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ-69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31