İsmayıllı sakinindən heroin götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
26 İyul 2021 15:02 Kriminalİsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Olaylar"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini Coşqun Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31