DİN: “Məhkəmə zalından qaçan şəxs yarım saat sonra saxlanılıb”
Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib
26 İyul 2021 12:30 KriminalBakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. E.Hacıyevin sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs yarım saatın içində müəyyən olunaraq saxlanılıb və aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.