Nazirlik rəsmisi: “Patı” bədəni çürüdür”

Son vaxtlar rayon və kəndlərdə narkotik vasitələrdən istifadədə kəskin artım olduğu barədə həyəcan təbili çalınır

Son vaxtlar rayon və kəndlərdə narkotik vasitələrdən istifadədə kəskin artım olduğu barədə həyəcan təbili çalınır. Uyğuşdurucu tərkibli vasitələrin istifadəçiləri əsasən gənclər və məktəblilərdir."Olaylar" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nigar Əliyeva qurumda keçirilən müzakirələrdə bildirib. Tibb baş idarəsinin inspektoru, həkim-narkoloq Fərman Fərmanov deyib ki, maddənin ilkin istifadəsi zamanı aldadıcı təsirlərindən sonra maddədən asılı olan xəstə formalaşır:

"Patı", "Şuşə"nin istifadəsi zamanı insanı uzun müddət enerjili saxlayır, yatmır. Hətta bəzi qadınlar bundan arıqlamaq üçün istifadə edirlər ki, sonradan onun aludəçisinə çevirilirlər. Maddələr mübadiləsini sürətləndirir, orqanizmdə aclıq-susuzluq hissi olunmur. Bir müddət sonra orqanizmin daxili imkanlarının tükənməsinə və çürüməsinə səbəb olur ki, geridönüşü mümkün olmur".

Qeyd edilib ki, "Patı", "Şüşə" sintetik maddələr olduğundan, adi laboratoriyalarda hazırlanır və böyük təhlükə törədir.Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elgün Aslanov qeyd edib ki, narkomanlıq insanların sağlamlığına böyük təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan haldır: "Bu maddələrə meyl edənlər əsasən problemli, assosial ailələrin övladlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31