Bakıda toy korteji qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb
21 İyul 2021 19:35 KriminalBakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Toy kortejində yüksək sürətlə hərəkətdə olan "Khazar" markalı avtomobil həmin kortejdə gedən "Ford"a çırpılıb.
Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



