Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib
20 İyul 2021 21:35 KriminalBiləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.
Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31