Göyçayda 17 yaşlı oğlan su kanalında batıb
Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb
20 İyul 2021 21:28 KriminalGöyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.
Hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.
Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda meyitin tapılması üçün suda axtarış işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31