Əmisi oğlunu öldürdü - Ağdamda qətl
19 İyul 2021 10:48 KriminalAğdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31