Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi - FOTO
Xəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib
18 İyul 2021 23:52 KriminalXəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.
Oxu.Az-ın məlumatına görə, bu məsələ öz məntiqi davamını tapıb.
Belə ki, L.Süleymanova özünün "İnstagram" səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.
Xanımın bildirdiyinə görə, "Bolt" taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31