Şirvanda qətl törədən şəxs saxlanıldı

Şirvanda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, iyunun 18-də münaqişə zəminində Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlunu bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31