Bacısına 4 bıçaq vuran qardaşa cinayət işi açılıb
14 İyun 2021 12:35 KriminalBəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb. Baş Prokurorluqdan "Olaylar"a verilən məlumata görə, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurub. Fakt əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31