Biləsuvar sakini iş yoldaşını qətlə yetirdi
12 İyun 2021 12:39 KriminalBiləsuvar rayonunda qətl hadisəsi törədilib. "Olaylar" xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini, iş yoldaşları olan 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31