Bakıda qadın rəfiqəsini bıçaqlayıb qaçdı

Bakıda iki rəfiqə arasında mübahisə cinayətlər nəticələnib.

Olaylar.az xəbər verir ki, hadisə aprelin 26-sı səhər saatlarında Xətai rayonunda baş verib.

5-ci Əhmədli küçəsində kirayədə yaşayan Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ramilə Nizami qızı Novruzova münaqişə zəminində onunla birgə yaşayan həmyerlisi, 1989-cu il təvəllüdlü Nəzakət Telman qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

R.Novruzova daha sonra hadisə yerindən uzaqlaşıb.

Onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31