DİN ağacla döyülən qadının şikayətini nəzarətə götürüb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılan qadının şikayətini nəzarətə götürüb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, müvafiq polis orqanında araşdırma aparılır.

Bildirilir ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31