Məşhur iş adamı Emin Ərənər həbs olundu - Villasından GÖRÜN NƏ TAPILDI

Türkiyənin paytaxtı Ankarada FETÖ-çu iş adamı Emin Ərənər və həyat yoldaşı Nəsrin Ərənər hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Axar.az xəbər verir ki, 5 ildir axtarışda olan "Hür və sənayeçi iş adamları dərnəyi"nin rəhbəri E.Ərənərin bu müddət ərzində Çankayanın Bəytəpə məhəlləsindəki villada yaşadığı məlum olub.

Evə baxış keçirilən zaman orada qeyri-qanuni şəkildə saxlanılan qızıl suyuna salınmış tapança aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31